Azərbaycanda 14 yaşlı uşaq doğmaları tərəfindən zorakılığa məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova paylaşım edib. 

O bildirib ki, yeniyetmənin anası həyatını itirib, atası isə həbsxanada dünyasını dəyişib. Adının çəkilməsini istəməyən şəxslər bildiriblər ki, uşağı qəyyumluğa götürən xalası ona davamlı olaraq işgəncə verib

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət olunub.