Ukraynalıların 82%-i danışıqların, cəmi 11%-i isə müharibənin davam etdirilməsinin tərəfdarıdır.

"Unikal" xəbər verir ki, bununla bağlı “Reytinq”in sorğu keçirib.

20% Rusiya ilə birbaşa danışıqlarda kompromis tapılmasının tərəfdarıdır, 62% isə digər ölkələrin də iştirakı ilə danışıqlar aparmaq istəyir.

Eyni zamanda, 75% hesab edir ki, atəşkəsə yalnız ABŞ və Avropadan təhlükəsizlik zəmanəti almaq şərti ilə razılaşmaq olar.