Moskvanın cənubunda Vyetnam diplomatik nömrəli "Lexus" avtomobili qəzaya düşüb.

"Unikal" xəbər verir ki, avtomobilin sürücüsü hadisə yerində tapılmayıb. İlkin məlumata görə, o, hadisə yerindən qaçıb.

Qəza Şabolovka küçəsində yerləşən Ali İqtisadiyyat Məktəbinin yaxınlığında baş verib. İlkin ehtimala görə, sürücü işıqforun qırmızı işığında keçib və dirəyə çırpılıb. Avtomobildə Vyetnam diplomatik nömrəsi olub. Sürücü axtarılır.. Qəza yerinə təcili tibbi yardım maşını gəlib.