Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair birgə kommünike imzalayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, imzalanma mərasimi ŞƏT-in Tyantszin (Çin) şəhərində keçirilən sammiti çərçivəsində baş tutub.
Kommunikeni imzalayan Ermənistan və Pakistan diplomatik əlaqələr qurub.
Ağarza Elçinoğlu