Ermənistanın baş naziri Nikol Paşinyan ŞƏT sammiti çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb. 

Baş nazir bu barədə sosial şəbəkədəki səhifəsində video da yayımlayıb.

Türkiyə prezidenti Ermənistan və Azərbaycan arasında sülh prosesinin gedişindən razı olduğunu bildirib. 

"Türkiyə regionda sülh, sabitlik və inkişafı dəstəkləyir və bu prosesə töhfə verməyə davam edəcək. Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş addımların qiymətləndirilməsi aparılır", - Ərdoğan deyib. 

Ağarza Elçinoğlu