Salyan rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə səhər saatlarında Noxudlu kəndində qeydə alınıb. Qəza zamanı yük və minik avtomobili toqquşub. Hadisə nəticəsində Daşqın Zalıyev ölüb. Xəsarət alan iki nəfər - Şükran Həsənəliyev və Alik Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Digər yol qəzası isə Ələt - Astara avtomobil yolunun Yenikənd kəndindən keçən hissəsində baş verib. Avtomobilin aşması zamanı xəsarət alan Gülnar Babayeva və Səkinəxanım Babayeva Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər iki faktla bağlı araşdırma aparılır.