Son günlər sosial şəbəkələrdə Bakıda ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı məlumatlar yayılıb.
"Unikal"ın xəbərinə görə, məəslə ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ölkədə hazırda gedişhaqlarının artırılması ilə əlaqədar müvafiq qərar qəbul edilməyib:
"İctimai nəqliyyatda gedişhaqqı hazırda 50 qəpikdir və tariflərin artırılması ilə bağlı hər hansı qərar qəbul edilməyib", - deyə məlumatda vurğulanıb.