Məşhur aktrisa Hande Erçel ilə iş adamı Hakan Sabancı arasındakı 3 illik münasibət başa çatıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ayrılıqdan sonra Erçel sosial şəbəkə hesabından Sabancıya aid bütün fotoları silib. Cütlüyün ayrılığı ilə bağlı müxtəlif iddialar irəli sürülüb. Onların evlilik məsələsində ortaq qərara gələ bilməməsi və Hakan Sabancının anası Arzu Sabancının münasibəti təsdiqləməməsi əsas səbəblərdən biri kimi göstərilir.

Digər bir versiyaya görə isə ayrılığa xəyanət iddiaları səbəb olub.

Məsələ ilə bağlı ilk açıqlamanı Hakan Sabancı verib. O, “Gel Konuşalım” proqramının aparıcısı Ece Erkene danışaraq bildirib ki, “Ayrılıq barədə danışmaq istəmirəm. Bu, bizim özəl həyatımızdır. Ortada xəyanət yoxdur".