Cənubi Koreyada polis "Gangnam Style" mahnısı sayəsində şöhrət qazanmış musiqiçi "Psy" (əsl adı Park Jae-sang) ilə bağlı araşdırma aparır.

"Unikal" xəbər verir ki, o, qanunsuz olaraq psixotrop dərmanlar üçün reseptlər əldə etməkdə ittiham olunur. Artıq polis sənətçini və həkimini saxlayıb.

Məlumatına görə, 2022-ci ildən bu yaxınlara qədər "Psy" şəxsən həkimə müraciət etmədən üçüncü şəxslər vasitəsilə yüksək asılılıq riski olan iki dərman – yuxu və narahatlıq əleyhinə həb üçün reseptlər alıb.

Müğənninin agentləri onda xroniki yuxu pozğunluğunun olduğunu və həkimin təyin etdiyi kimi yuxu dərmanı qəbul etdiyini bildiriblər.

“Heç bir qeyri-qanuni resept yox idi, baxmayaraq ki, bəzi hallarda üçüncü şəxslər onun adından dərmanlar alıblar” deyə, sənətçinin nümayəndəsi bildirib.

Musiqiçinin həkimi ittihamları rədd edərək, xəstə ilə məsləhətləşmələrin məsafədən aparıldığını bildirib.