"Ömer" serialındakı rolu ilə daha da tanınan aktrisa Burcu Cavrarın yeni layihəsi bəlli olub.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa "Taşacak ha bu deniz" serialında rol alacaq. O, "Hicran" obrazına həyat verəcək.

Qeyd edək ki, ekran işinin baş rolunu Ulaş Tuna Astepe ilə Dəniz Baysel canlandıracaq.