Kişi basketbolçular arasında Avropa çempionatının mükafatçıları bəlli olub.

"Unikal" xəbər verir ki, finalda Türkiyə və Almaniya yığmaları qarşılaşıb. Görüş Almaniya millisinin 88:83 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da onlar Avropa çempionu olublar.

Bu matçdan əvvəl isə üçüncü yer uğrunda görüş keçirilib. Həmin oyunda Yunanıstan millisi Finlandiya seçməsini 92:89 hesabı ilə üstələyib.

Qeyd edək ki, hər iki oyun turnirə ev sahibliyi edən Litvanın paytaxtı Riqa şəhərindəki “Ksiomi Arena"da keçirilib.