“Bavariya” klubu Bundesliqanın üçüncü turunda Münxendə “Hamburq”u qəbul edib.
"Unikal" xəbər verir ki, görüşdə “Bavariya” qonaqların qapısından beş cavabsız top keçirib. Münxenlilər ilk hissədə dörd dəfə fərqləniblər. Oyunda hesabı 3-cü dəqiqədə Serge Qnabri açıb. Bu qoldan altı dəqiə sonra Aleksandar Pavloviç hesab arasındakı fərqi iki topa çatdırıb. Matçın 26-cı dəqiqəsində Harri Keyn 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. Üç dəqiqə sonra Luis Dias ilk hissədə son nöqtəni qoyub - 4:0.
Fasilədən sonra - 62-ci dəqiqədə Harri Keyn özünün ikinci, komandasının beşinci qolunu rəsmiləşdirib - 5:0.