Şəmkirdə minik maşını ağaca çırpılıb.
"Unikal"ın məlumatına görə, qəza Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “Hyundai” markalı minik maşınının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı 1 nəfər hadisə yerində həyatını itirib.
Qəzadan sonra avtomobil deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə FHN-nin xiladediciləri cəlb olunub. 1 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov