Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı həlak olub.

"Unikal" Musavat.com-a istinadən xəbər verir ki, DSX zabiti, baş leytenant Hüseyn Ağayev xidmətdə olan zaman ehtiyatsızlıqdan öz silahından açılan atəş zamanı həyatını itirib.

Mərhumun nəşi ailəsinə təhvil verilib və ötən gün dəfn edilib.