Bundesliqanın üçüncü turuna Leverkuzenin “Bayer” və Frankfurtun “Ayntraxt” klublarının qarşılaşması ilə start verilib.

"Unikal" xəbər verir ki, Leverkuzen təmsilçisi yeni baş məşqçi Kasper Hyulmandın rəhbərliyi altında meydana çıxdığı ilk oyunda 3:1 hesabı ilə qələbə qazanıb.

Ev sahibləri görüşün 10-cu dəqiqəsində Aleks Qrimaldonun qolu ilə hesabı açıblar. Leverkuzenlilər 45+4-cü dəqiqədə Patrik Şikin 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməsi ilə hesab arasındakı fərqi artırıblar. Matçın 52-ci dəqiqəsində Frankfurt təmsilçisi Can Uzunun sayəsində hesab arasındakı fərqi minimuma endirib – 2:1. Qonaqlar görüşün 59-cu dəqiqəsində “Bayer”in heyətində Riçard Andrixin, 90+2-ci dəqiqədə isə Ezeqiel Fernandesin qırmızı vərəqə alaraq meydandan qovulmasından da yararlana bilməyiblər.

Ev sahibləri meydanda sayca azlıqda qalmalarına baxmayaraq, görüşdə son nöqtəni qoyublar. Oyunun əsas vaxtına əlavə olunmuş hissədə (90+8) A.Qrimaldo özünün ikinci, komandasının üçüncü qolunu rəqib qapısından keçirib – 3:1.

Beləliklə, ilk iki oyunda bir qələbə, bir heç-heçə edən “Bayer” aktivinə üç xal yazdıra bilib. “Ayntraxt” isə iki qələbədən sonra meydanı xalsız tərk edib.