Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloqa tərif yağdırıb.

"Unikal" xəbər verir ki, Zelenskinin sözlərinə görə, Kelloq Ukrayna üçün hava hücumundan müdafiə sistemi kimidir və heç də "Patriot" qurğularından pis deyil.

"Mən xüsusilə general Kelloqa təşəkkür etmək istəyirəm. Biz bunu əvvəllər bilmirdik, lakin məlum oldu ki, ABŞ-nin "Patriotdan" geri qalmayan "hava hücumundan müdafiə sistemi" var. Siz burada olanda, həqiqətən də, bu barədə danışırlar. Siz Kiyevdə olanda kiyevlilər mütləq bir az yata bilirlər...General Kelloqa vətəndaşlıq verməyə hazıram. Ona lazım olan mənzili də verərəm”, - deyə Zelenski qeyd edib.