Hindistanın şərqindəki Assam ştatında 5,9 maqnitudada zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Dhekiajuli şəhərindən 24 km qərbdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.