Regionlarda 65 yaşı tamam olan həkimlərin peşə fəaliyyətini davam etdirməsinə şərait yaradılacaq. Hazırda bu istiqamətdə iş aparılır.
Bu məsələ regionlarda həkim çatışmazlığının aradan qaldırılmasına kömək edəcək?
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli "Unikal"a açıqlamasında bunu müsbət və praktik addım kimi qiymətləndirdiyini bildirib.
Onun sözlərinə görə, regionlarda uzun illər təcrübəsi olan həkimlərin birdən-birə sistemdən kənarlaşdırılması xidmət əlçatanlığına mənfi təsir göstərə bilər: "Bir çox rayonlarda həmin həkimlər həm peşəkar təcrübə daşıyıcısıdır, həm də əhali tərəfindən tanınan və etibar edilən mütəxəssislərdir. Amma bu yanaşma avtomatik deyil, fərdi qiymətləndirmə əsasında olmalıdır. Həkimin sağlamlıq vəziyyəti, peşə bacarığı, iş yükünü daşımaq imkanı və fəaliyyət nəticələri nəzərə alınmalıdır. Eyni zamanda yaşlı həkimlərin gənc kadrlarla mentorluq modeli əsasında çalışması daha faydalı olar. Beləliklə, həm xidmət davamlılığı qorunar, həm də bilik və təcrübə yeni nəsil həkimlərə ötürülər".
Anar Kəlbiyev













.jpeg)













.jpg)






















