Moldovanın Baş naziri Aleksandr Muntyanu istefa verdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.

Baş nazir öz prinsiplərinə və inanclarına uyğun işləyə bilmədiyi üçün istefa verdiyini bildirib: "Bu gün Baş nazir vəzifəmi bitirirəm. Artıq prinsiplərimə və inanclarıma uyğun olaraq mandatımı yerinə yetirə bilməyəcəyimi anladığım anda istefa vermək qərarına gəldim".

O, həmkarlarına təşəkkür edib və dövlət və ya özəl sektorda tutduğu vəzifədən, yaşayış yerindən və yerinə yetirdiyi vəzifələrdən asılı olmayaraq, ölkəyə xidmət etməyə davam edəcəyinə əminliyini ifadə edib. 

Muntyanu 2025-ci ilin oktyabrında Baş nazir vəzifəsinə təsdiq edilib.

Ağarza Elçinoğlu