Bakıda maşın dəmir maneəyə çırpılıb, bir nəfər ölüb.
"Unikal" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.
Belə ki, Mahir Vəliyev idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə hərəkətdə olarkən idarətməni itirərək yolun sağ tərəfində olan dəmir məhəccərə çırpılıb.
Hadisə nəticəsində sürücü Mahir Vəliyev aldığı xəsarətlərdən qəza yerində ölüb, avtomobildə olan sərnişin Fəridə Bədəlova isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.




























.jpg)


























