Polkovnik Edik Maloyan iki ay müddətinə həbsdə saxlanılıb.
"Unikal" xəbər verir ki, ondan başqa, bir müddət əvvəl polkovnik Edik Maloyana qarşı iş üzrə təqsirləndirilən Roman Cavadyan da iki ay müddətinə həbsdə saxlanılıb.
Onlar dövlət sirrini yaymaqda təqsirləndirilirlər.
*** 17:58
Qarabağdakı separatçı rejimin hərbi dəstələrində alayın komandirinin keçmiş müavini, polkovnik Edik Maloyan Ermənistanda saxlanılıb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, onun Talin şəhərindəki (Ermənistanın Araqatsotn bölgəsi) evində axtarış aparılıb, daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları zabiti saxlayıblar.
İstintaq Komitəsi həbsi təsdiqləyib, lakin cinayət işinin motivlərini izah etməyib.
Maloyan 2020-ci ildə baş verən 44 günlük müharibədə iştirak edib.
Ağarza Elçinoğlu




.jpg)































.jpg)


.jpg)







.jpg)









