Ermənistan Türkiyə və Azərbaycan sərhədindəki dəmir yollarını bərpa etməyə başlayıb.
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Biz artıq Gümrü-Qarakilsə dəmir yolunun (Türkiyə sərhədinə qədər – red.) və Arazdəyən yaxınlığındakı (Azərbaycan sərhədində – red.) hissələrinin bərpası üzrə işlərə başlamışıq və bu layihələri həyata keçiririk. Qalan hissələrlə bağlı isə, o cümlədən rusiyalı həmkarlarımızla işgüzar müzakirələri davam etdirəcəyik və mövqelərimiz dəyişməyib", - deyə paşinyan qeyd edib.



































.jpg)


.jpg)







.jpg)










