ABŞ 2021-ci ildə Türkiyəyə qarşı tətbiq etdiyi CAATSA (ABŞ-nin rəqiblərinə qarşı sanksiyalar vasitəsilə mübarizə qanunu - red.) sanksiyalarını aradan qaldıra bilər.
"Unikal" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "CNN Türk" telekanalının canlı yayımında deyib.
Nazir bildirib ki, Ankara ilə Vaşinqton CAATSA sanksiyalarının ləğvi məsələsində ümumi fikrə gəlib, lakin yekun nəticənin əldə olunması vaxt tələb edir.
H.Fidan son 3-4 ildə bir çox ölkənin Türkiyəyə qarşı sanksiyaları ləğv etdiyini xatırladıb.
Rusiyadan aldığı S-400 sistemlərinə görə F-35 proqramından çıxarılan Türkiyənin layihəyə qayıtması məsələsini də şərh edən H.Fidan qeyd edib ki, Ankaranın proqrama qayıtması konsorsiumda iştrak edən ölkələrin qərarından asılıdır.
“Beşinci nəsil qırıcı təyyarənin Türkiyəyə satışına qoyulan qadağanın ləğvi ilə proqrama istehsalçı dövlət kimi qoşulmaq iki ayrı məsələdir. Satış qadağasının ləğvi daha asan görünür, çünki inzibati qərardır. Düşünürəm ki, bu, CAATSA-dan sonra baş verəcək. Digər tərəfdən, Ankaranın proqrama təkrar qoşulmaq məsələsi konsorsiumun verəcəyi qərardan asılıdır",- deyə nazir qeyd edib.
7-8 iyul tarixlərində keçiriləcək NATO liderlərinin sammiti haqqında da danışan xarici işlər naziri ABŞ Prezidenti Donald Trampın Ankaradakı müzakirələrdə iştirakının vacib olduğunu vurğulayıb: "ABŞ administrasiyası Donald Trampın NATO zirvəsində iştirakını təsdiqləyib. Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti olmasaydı, ABŞ lideri ölkəmizə gəlməzdi"




.jpg)































.jpg)


.jpg)







.jpg)









