İrəvanın keçmiş meri, sabiq nəqliyyat və kommunikasiya naziri Qaqik Beqlaryan daha iki ay həbsdə qalacaq.
"Unikal" xəbər verir ki, vəkili Hrant Ananyan Korrupsiyaya Qarşı Mübarizə Cinayət Məhkəməsinin hakimi Aram Qriqoryanın qərarını ədalətsiz adlandırıb.
Vəkil xatırladıb ki, həbslə bağlı əvvəlki dinləmə zamanı həmin məhkəmənin başqa bir hakimi məhkəməyəqədər istintaq orqanının vəsatətini qismən təmin edərək bildirib ki, belə bir işdə istintaq hərəkətlərinin əhatə dairəsi nəzərə alınmaqla bir ay həbs kifayətdir.
Hrant Ananyan qeyd edib ki, "Əslində Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi öz qərarına hörmət etməyib".
Onlar Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək niyyətindədir.
Xatırladaq ki, Qaqik Beqlaryan 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda çirkli pulların yuyulması ittihamları ilə həbs olunub. O, 5 iyundan bəri həbsdədir və ittihamları rədd edir.




.jpg)































.jpg)


.jpg)







.jpg)









