Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yulian Naqelsman vəzifəsindən ayrılıb.
"Unikal" xəbər verir ki, ötən gün Almaniya Futbol Federasiyasının Frankfurtdakı qərargahında keçirilən üç saatlıq görüşdə 38 yaşlı mütəxəssisə yığmadakı fəaliyyətini başa vurması təklif olunub. Bundan sonra Naqelsman istefa vermək qərarı verib.
Bildirilib ki, müqaviləsinə vaxtından əvvəl xitam verildiyi üçün almaniyalı çalışdırıcıya təxminən 7 milyon avro məbləğində kompensasiya ödəniləcək.
Qeyd olunub ki, Almaniya millisinin baş məşqçi postuna əsas namizədlərdən biri Yurgen Kloppdur. Mütəxəssisin "Red Bull"la müqaviləsində bu vəzifəni qəbul etməsi üçün erkən ayrılmağa imkan verən bənd mövcuddur.









.jpg)
































.jpg)







