Pakistanın Xayber Paxtunxva əyalətində sərnişin mikroavtobusunun dərəyə aşması nəticəsində 40 nəfər ölüb.  

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Svat rayonunda baş verib

Qəzada daha səkkiz nəfər yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər. Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.