Massimiliano Alleqri İtaliyanın "Napoli" klubunun baş məşqçisi təyin edilib.

"Unikal" xəbər verir ki, bu barədə Neapol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

58 yaşlı mütəxəssislə 2029-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb. O, bu vəzifədə Antonio Konteni əvəzləyib.

Kontenin rəhbərliyi altında "Napoli" 2024/2025-ci illər mövsümündə İtaliya çempionu olub və ölkə Superkubokunu qazanıb. Komanda ötən mövsümü isə A Seriyasında ikinci pillədə başa vurub.

Qeyd edək ki, Massimiliano Alleqri son olaraq "Milan"ı çalışdırıb. Onun rəhbərliyi altında Milan təmsilçisi ötən mövsüm A Seriyasını beşinci pillədə tamamlayıb.