Rusiyanın Rumıniyadakı səfiri Vladimir Lipayev ölkənin hava məkanının Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) tərəfindən pozulması xəbərlərindən sonra Respublika Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rumıniya diplomatik departamenti məlumat yayıb.

“Rumıniya tərəfi Rumıniyanın suverenliyinin pozulmasını təşkil edən bu qəbuledilməz və məsuliyyətsiz hərəkətə kəskin etirazını bildirib”, - bəyanatda deyilir.

Departament qeyd edib ki, Rusiya tərəfinə ölkənin hava məkanının növbəti dəfə pozulmasının qarşısını almaq üçün dərhal bütün lazımi tədbirləri görməyə çağırılıb.