Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın neft tankerlərinə yanacaq doldurulduğu Ust-Luqa limanını vurmaqla hədələyib.
"Unikal" xəbər verir ki, bu barədə o, videomüraciətində deyib.
Ukrayna prezidenti bunu Ukrayna Silahlı Qüvvələrinin Leninqrad vilayətində də Primorskdakı neft terminalına bu yaxınlarda endirdiyi zərbələri şərh edərkən söyləyib.
"Bizim xüsusi təyinatlılarımız həmçinin Ust-Luqa limanını və Rusiyanın dünya bazarına çıxışı üçün bütün digər məntəqələri izləyir", - o, müraciətində qeyd edib.