"İsrail Qətərlə münasibətlərdə çox diqqətli olmalıdır".

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. 

Belə ki, jrnalistlərdən biri ABŞ liderindən baş nazir Benyamin Netanyahuya İsrailin ötən həftə HƏMAS liderlərinə endirdiyi zərbələrlə bağlı mesaj çatdırmaq istəyib-istəmədiyini soruşub.

O, isə cavabında "Mən istəyirəm ki, onlar çox, çox diqqətli olsunlar. Onlar HƏMAS haqqında nəsə etməlidirlər, lakin Qətər həmişə ABŞ-nin etibarlı müttəfiqi olub", - deyib. 

Xatırladaq ki, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri əks-kəşfiyyatla birlikdə Dohaya hava zərbəsi endirib. İDF bildirib ki, əməliyyat 7 oktyabr 2023-cü ildə hücumların təşkilində birbaşa iştirak edən və İsrailə qarşı gələcək hərbi əməliyyatları koordinasiya edən yüksək vəzifəli HƏMAS fiqurlarını məhv etmək məqsədi daşıyır.  Lakin bu cəhd uğursuz nəticələnmişdi.  

Gülayə Mecid