Türkiyəli aktyor Mehmet Yılmaz Ak haqqında yayılan təcavüz iddiaları ilə bağlı açıqlama yayıb.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor sosial şəbəkə hesabında bunları qeyd edib:

"Gerçək olmayan, çirkin böhtanlarla mənə və sənətimə zərər verməyə çalışan hər kəsə vəkillərim tərəfindən hüquqi prosedurun başladılacağını bildirmək istəyirəm".

Qeyd edək ki, fotoqraf Dilan Bozyel aktyorun 16 yaşında olduğu zaman silahla hədələyərək onunla birlikdə olmaq istədiyini açıqlayıb.