Avqustun 26-dan 31-dək Bolqarıstanın Albena şəhərində ənənəvi olaraq təşkil edilən Müəllimlərin XXI Yay İdman Oyunları keçirilir.
"Unikal" xəbər verir ki, bu mötəbər beynəlxalq yarışda ölkəmizi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin dəstəyi ilə təhsil işçilərindən ibarət komanda təmsil edir.
Oyunlarda müxtəlif idman növlərində çıxış edən komandamız artıq ilk uğurlu nəticələrini əldə edib. Belə ki, qadınlardan ibarət çimərlik voleybolu komandamız qrup mərhələsində bütün rəqiblərinə qalib gələrək inamlı çıxış nümayiş etdirib və yarımfinala vəsiqə qazanıb.