Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasınının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Unikal” xəbər verir ki, bu barədə dövlət başçısı rəsmi “X” hesabında paylaşım edib:

“Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı! "Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”