Yevlaxda oğlu tərəfindən bıçaqlanan kişi ölüb

"Unikal"ın məlumatına görə, ölüm faktı az öncə qeydə alınıb.

Qeyd edək ki, dünən Havarlı kəndində ailə münaqişəsi zəminində 36 yaşlı oğlu tərəfindən bıçaqlanan 1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu aldığı çoxsaylı ağır bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunmuşdu. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının həyatını həkimlərin bütün cəhdlərinə rəğmən xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov