Gəncədə bıçaqlanma hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Sevinc qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, şəhər sakini 2005-ci il təvəllüdlü K.Zamanov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, K.Zamanov tanıdığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tural Əhmədov