BMT-nin baş katibi Antonio Quterreş istefa vermək fikrində olmadığını bildirib.
"Unikal" xəbər verir ki, Quterreş jurnalistlərin qlobal böhranların həllində “BMT Təhlükəsizlik Şurasının uğursuzluğuna etiraz olaraq” istefa verməyi planlaşdırıb-qalmadığına dair sualına cavabında “Çoxları istefamı alqışlayardı, ona görə də onlara bu sevinci yaşatmayacam” deyə cavab verib.
Qeyd edək ki, Antonio Quterreşin BMT-nin baş katibi kimi səlahiyyət müddəti 2026-cı il dekabrın 31-də başa çatır.