İsrail Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında həyata keçirdiyi soyqırımla bağlı hesabatı dərc edən BMT komissiyasını ləğv etməyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə, BMT-nin dərc etdiyi hesabat yalana əsaslanır.

Bundan əvvəl BMT-nin işğal olunmuş Fələstin ərazisindəki hadisələrlə bağlı müstəqil beynəlxalq araşdırma komissiyası İsrailin Qəzza zolağındakı hərəkətlərini soyqırım kimi tanıyıb.