Polşanın baş naziri Donald Tusk Varşavada hökumət binaları üzərində pilotsuz uçan aparatın “zərərsizləşdirilməsi” barədə məlumat verib.

"Unikal" xəbər verir ki, Tusk bu barədə "X" səhifəsində yazıb. 

"Dövlət Təhlükəsizliyi Xidməti hökumət binaları (Parkova küçəsində) və Belveder üzərində fəaliyyət göstərən pilotsuz uçan aparatı indicə zərərsizləşdirib. İki Belarus vətəndaşı saxlanılıb. Polis hadisənini araşdırır", - deyə o bildirib.