Vladimir Putin və Volodimir Zelenski arasında o qədər güclü qarşılıqlı hörmətsizlik var ki, bu, birbaşa dialoqun mümkünlüyünü faktiki olaraq istisna edir.

"Unikal" xəbər verir ki,  bunu ABŞ prezidenti Donald Tramp deyib.  

"Onlar bir-birinə o qədər nifrət edirlər ki, bir-birləri ilə danışa bilmirlər”, - ABŞ prezidenti bildirib.

Ağ Ev rəhbəri bir daha vurğulayıb ki, Rusiya və Ukrayna liderləri arasında emosional və siyasi gərginliyi nəzərə alaraq, çox güman ki, danışıqlara özü rəhbərlik etməli olacaq.