Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 15.09.2025-ci il tarixində saat 15:10 radələrində 4 nəfər (qadın cinsli) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə "Unikal"a TƏBİB-dən bildirilib.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
*** 16:18
Samuxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı mağazaya çırpılıb. Qəza zamanı sürücü F.Həsənov və 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov