Portuqaliyanın “Benfika” klubunun 6 futbolçusu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Qarabağ”la oyunu buraxa bilər.

"Unikal" Portuqaliya mətbuatına istinadən xəbər verir ki, bərpa prosesini davam etdirən Amar Dedic ilə Dodi Lukebakio, uzun müddətdir zədədən əziyyət çəkən Aleksandr Ba, Manu, Nunu Feliks və Bruma matç öncəsi son hazırlıq prosesində iştirak etməyiblər.

Onların Ağdam təmsilçisi ilə qarşılaşmada meydana çıxması sual altındadır.

Qeyd edək ki, sentyabrın 16-da Lissabonda keçiriləcək “Benfika” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.