Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prado” ilə “Chevrolet “ markalı minik maşınları toqquşub. Qəza zamanı 1987-ci il təvəllüdlü S.Mikayılzadə və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov