İsraildə sosial bərabərlik naziri Mey Qolanın evində axtarış aparılıb və köməkçilərindən birinin evində hannabis yetişdirilən narkotik laboratoriyası aşkar edilib.
"Unikal" xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Sentyabrın 15-də polis ifrat sağçı siyasətçi Mey Qolanın ofisində maliyyə pozuntuları, o cümlədən büdcə vəsaitlərindən sui-istifadə və fırıldaqçılıqda şübhəli bilinərək axtarış aparıb. Qolanın əvvəllər onun müşaviri olmuş vəkili də həbs edilib.
Nazirin müşavirinin (adı hələ açıqlanmır) evində aparılan axtarışlar zamanı narkotik laboratoriyası aşkar edilib. Onun əri marixuananın yetişdirilməsi ilə məşğul olurmuş.