Kamçatka sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Federal Tədqiqatlar Mərkəzinin Kamçatka bölməsinin mətbuat xidməti məlumat yayıb.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 157 km məsafədə, 25,4 km dərinlikdə yerləşib.
*** 09:21
Kamçatkada 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
Bəzi bölgələrdə yeraltı təkanlar 3 bala qədər hiss olunub.