ABŞ Hərbi Qüvvələri Cənub Komandanlığı narkotik daşıyan qayığa zərbə endirib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.
O bildirib ki, hücum Venesueladan olan narkoterrorçular ABŞ-a qeyri-qanuni narkotik daşıyan zaman beynəlxalq sularda olarkən baş verib. Tramp zərbə nəticəsində 3 terrorçunun öldürüldüyünü açıqlayıb.
Hücumda ABŞ qüvvələrinə zərər dəyməyib.