ABŞ prezidenti Donald Tramp gələn həftə BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi Nyu-Yorkda Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər.

"Unikal" xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

Onun sözlərinə görə, "Prezident Trampın Zelenski ilə çoxlu zəngləri və görüşü olub, o cümlədən gələn həftə Nyu-Yorkda yenidən olacaq".