İspaniyada taxt-tacın varisi, 20 yaşlı Asturiyalı şahzadə Leonor üç illik hərbi xidmətini başa vurub.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hərbi xidmətdən təxrisetmə mərasimində Kral VI Felipe, Kraliça Letisiya və Leonorun kiçik bacısı Sofiya da iştirak edib. İyirmi yaşlı Leonor ordu, donanma və hava qüvvələrində təlim keçib. O, Aerokosmik Akademiyadakı mərasimdə hərbi forması ilə vidalaşıb. 

Vaxtı çatanda, Şahzadə Leonor 150 ildən sonra taxta çıxan ilk kraliça kimi də tarixə düşəcək.