Turistləri daşıyan qayıq Vyetnamın cənubundakı Fu Kuok adası yaxınlığında batıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 15 nəfər həyatını itirib. 

Bildirilir ki, qayıq limandan çıxdıqdan qısa müddət sonra aşıb. Gəmidə 32 hindistanlı turist və dörd heyət üzvü olub; 21 nəfər xilas edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır. Vyetnamın Baş naziri Le Min Hunq hadisənin nəticələrinin aradan qaldırılması üçün təcili tədbirlər görülməsi barədə göstəriş verib.