Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən “Lapua” Avropa Kubokunda növbəti möhtəşəm uğura imza atıb.

"Unikal" xəbər verir ki, o, 25 metr mərkəzi atəş açma növü üzrə keçirilən yarışda yüksək nəticə göstərərək qızıl medal qazanıb.

Təsnifat mərhələsində 583 xal toplayan Ruslan Lunyov bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub və Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırıb.