İspaniya millisinin sabiq üzvü, dünya çempionu Xuan Mata klubunu dəyşib.

"Unikal" xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi “Uestern Sidney Uonderers”dən Avstraliya çempionatında mübarizə aparan digər komanda - “Melbörn Viktori”yə keçib.

Qeyd edək ki, X.Mata "Real"in akademiyasının yetirməsidir. O, karyerası ərzində “Mançester Yunayted”, “Valensiya”, “Çelsi”, “Qalatasaray” və “Vissel Kobe” klublarında çıxış edib. Futbolçu 2010-cu ildə İspaniya millisi ilə dünya çempionu olub.